"Tobol" Emil Balayevin statistik göstəricilərini açıqladı

12:01 - 13 Dekabr 2019

Qazaxıstanın "Tobol" klubu qapıçısı Emil Balayevin geridə qalan mövsümdəki bəzi statistik göstəricilərini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı meydana çıxdığı 31 oyunun yarısından çoxunda - 18-də qapısını toxunulmaz saxlaya bilib.

 

"İnstat"ın təhlilinə görə, Balayev ən uğurlu oyununu "Şaxtyor"a qarşı keçirib. "Tobol"un inamlı qələbə qazandığı matçda Emil ən azı 3 seyv edib.

 

Emil bu ilin yanvarından "Tobol"da çıxış edir.

 

Xəbər xətti