Ölkə kubokunda 1/4 final rəqəmlərin gözü ilə - statistika

13:13 - 13 Dekabr 2019

Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürəcək.
 
Sportal.az xəbər verir ki, İlk oyunlar dekabrın 15-16-da, cavab görüşləri 19-20-də keçiriləcək.
 
Bu mərhələdə üz-üzə gələcək cütlərin əvvəlki mövsümlərdəki kubok qarşılaşmalarının balansını təqdim edirik.
 
Maraqlıdır ki, bir il əvvəl də 1/4 finalda eyni cütlər üz-üzə gəlib.
 
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
 
15 dekabr (bazar)
 
“Qəbələ” – “Sabah” – 2 oyun, +2=0-0, top fərqi 2-0
“Qəbələ” hər iki oyunda eyni hesabla qələbə qazanıb. Paytaxt təmsilçisi bu matçlarda qol vura bilməyib.
 
2018/19 1/4 final Qəbələ - Sabah (Bakı) 1:0, 1:0
 
“Səbail” – “Zirə” – 2 oyun, +0=0-2, top fərqi 2-4
“Zirə” hər iki görüşdə minimal hesabla qələbə əldə edib. “Səbail”in ev matçında hər iki komanda qol vurub.
2018/19 1/4 final Zirə - Səbail (Bakı) 1:0, 3:2
 
16 dekabr (bazar ertəsi)
 
“Neftçi” – “Sumqayıt” – 2 oyun, +1=0-1, top fərqi 1-2
Hər iki komanda səfərdə qalib gəlib. Evdə oynayan tərəf qol vurmayıb.
2018/19 1/4 final Neftçi (Bakı) - Sumqayıt 0:2, 1:0
 
“Qarabağ” – “Keşlə” – 9 oyun, +5=2-2, top fərqi 11-6
Komandaların yolları 5 dəfə kəsişib. 3 dəfə “Qarabağ”, 2 dəfə “Keşlə” duelin qalibi olub. Son 5 görüşdə bakılılar qələbə qazanmayıb.
2004/05 1/8 final Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0, 0:2
2007/08 1/4 final Qarabağ (Ağdam) - İnter (Bakı) 2:2, 0:1
2008/09 final İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1
2015/16 1/2 final İnter (Bakı) - Qarabağ (Ağdam) 0:4, 0:1
2018/19 1/4 final Qarabağ (Ağdam) - Keşlə 1:0, 1:1.

Xəbər xətti