"Liverpul" Kloppun müqaviləsini uzatdı

15:32 - 13 Dekabr 2019

İngiltərənin "Liverpul" klubu baş məşqçisi Yurgen Kloppla yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, alman mütəxəssisin müqaviləsi 2024-cü ilin yayına qədər uzadılıb.

 

52 yaşlı mütəxəssis 2015-ci ildən "qırmızılar"ı çalışdırır. Mersisaydlılar ötən mövsüm Kloppun rəhbərliyi altında 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

 

"Liverpul" Premyer Liqada 16 turdan sonra 46 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti