"Qarabağ"dan azarkeşlərə bilet sürprizi

16:27 - 13 Dekabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburqun "Düdelanj" klubu ilə evdə 1:1 hesbalı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu oyuna gələn azarkeşlərə jest edib. Matçı tribunadan izləyən azarkeşlər bu gündən etibarən öz bilet və şəxsiyyət vəsiqəsi ilə "iticket" satış məntəqələrinə yaxınlaşaraq, Ağdam klubunun növbəti avrokubok oyununda həmin yerə pulsuz şəkildə bilet əldə edə bilər.

 

Yalnız ödənişli biletlər nəzərə alınır.

Xəbər xətti