Rüfət Dadaşovdan növbəti qol

11:36 - 14 Dekabr 2019

Almaniya III Bundesliqasında XIX tura start verilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

 

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu Dadaşov vurub. 36-cı dəqiqədə fərqlənən Rüfət cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

 

Münster klubu 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti