Eddi İsrafilov qırmızı vərəqə aldı, oyun yarımçıq qaldı

10:43 - 16 Dekabr 2019

İspaniya Sequndasında 20-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilovun çıxış etdiyi "Albasete" "Rayo Valyekano"nun qonağı olub.

 

Qonaqların futbolçusu Roman Zozulya azarkeşlərin təhqirlərinə məruz qaldığı üçün matç yarımçıq qalıb. İlk hissədə fanatlar ukraynalı hücumçuya "Zozulya, sən nasistsən", - deyə şüarlar səsləndirib. Hakim oyunu bir neçə dəqiqəlik dayandırıb. Stadionda elan edilib ki, şüarlar dayandırlmasa, oyun yarımçıq qalacaq.

 

Fasilədən sonra isə "Albasete" futbolçuları Zozulyaya dəstək olaraq, ikinci hissəyə çıxmayıblar. Belə qərarı klub rəhbərliyi qəbul edib. Stadionda qarşılaşmanın sonadək oynanılmayacağı elan olunub.

 

Start heyətdə oyuna başlayan Eddi İsrafilov 45+4-cü dəqiqədə qırmızı vərəqə alıb. Eddi rəqibini başı ilə vurub.

Xəbər xətti