Robert Prosineçki Azərbaycan millisinin baş məşqçisi olacaq? - açıqlama

11:38 - 16 Dekabr 2019

Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Robert Prosineçki iddialara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis iddiaları təkzib etməyib:

 

"Hər şey baş verə bilər. Azərbaycan milli komandası ilə nəticə qazanmaq üçün hər cür şərait yaradılıb".

 

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdırıb. Onun son iş yeri Bosniya və Herseqovina yığması olub.

Xəbər xətti