"Zirə"nin 50-ci sülhü

13:40 - 16 Dekabr 2019

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Səbail”lə səfər qarşılaşması “Zirə”nin tarixinə 50-ci heç-heçə kimi düşüb.

 

Sportal.az xəbər verir ki, bunadək 183 matçda 49 dəfə sülhə imza atan “qartallar” yubiley bərabərliyinə nail olub. Bunlardan 40-ı Premyer Liqa, 6-sı birinci divizion, 3-cü Azərbaycan kuboku, 1-i UEFA Avropa Liqasına təsadüf edib.


“ASCO Arena”da qeydə alınan 0:0 hesablı nəticə komandanın 26-cı səfər heç-heçəsidir. Digər 24 belə nəticə isə evdə qeydə alınıb.

 

“Zirə” 4 müxtəlif hesabla heç-heçə oynayıb. Qəsəbə klubunun oyunlarında 23 dəfə 1:1, 18 dəfə 0:0, 8 dəfə 2:2, 1 dəfə 3:3 hesabına təsadüf olunub.


“Zirə”nin tarixində ilk heç-heçə 2014-cü il sentyabrın 12-də baş tutub. Birinci divizionun “Neftçala” ilə səfər qarşılaşmasında hesab açılmayıb.

 

Xəbər xətti