"Səbail"in qış hazırlığı - 4 oyun keçiriləcək

10:41 - 17 Dekabr 2019

"Səbail" yanvarın 12-dən 26-dək Antalyada hazırlıq keçəcək.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bu müddət ərzində 4 yoxlama oyunu keçirəcək. Oyunlar yanvarın 15-i, 18-i, 21-i və 25-i baş tutacaq.

 

"Dənizçilər" yanvarın 18-i Ukraynanın "Olimpik" klubu ilə qarşılaşacaq. Digər rəqiblərin adı isə gələn günlərdə müəyyənləşəcək.

 

"Olimpik" Ukrayna Premyer Liqasında 18 turdan sonra 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti