"Qarabağ"ın sabiq futbolçusu gözündən müalicə ediləcək

11:52 - 17 Dekabr 2019

“Qarabağ”ın sabiq polşalı futbolçusu Yakub Jeznikaçın bir müddət əvvəl səhhətində problem yaranıb.

 

Sportal.az xəbər verir ki, oktyabr ayında xəstəxanaya aparılan futbolçuya meninqit virusu diaqnozu qoyulub. Bu xəstəliyi sağaldan futbolçunun gözündə problem yaranıb. O, iki gün sonra müalicə olunacağını deyib: "Meninqiti 100 faiz sağaltmışam. İki gün sonra gözümü müalicə etdirəcəm. Məşqlərə yanvarın 8-dən başlaya bilərəm. Statistikaya əsasən, başdakı bu ağrılardan ildə cəmi 1000 nəfərdə qeydə alınır. Həmin adamlardan biri də mən oldum. Başımda dəhşətli ağrı var idi. Məşqçiyə dedim ki, hazırlaşa bilmirəm. İstirahət üçün evə getdim, amma ağrıdan yata bilmədim. Birinci günü xəstəxanaya yerləşdirilmişdim. Heç nə aşkarlanmadı və ağrıkəsicilər də faydasız oldu".

 

32 yaşlı müdafiəçi Polşanın "Visla Plotsk" klubunda çıxış edir.

Xəbər xətti