Marselo azarkeşə görə klubdan gedir

13:16 - 17 Dekabr 2019

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Leyptsiq"lə matçda (2:2) azarkeşlə açdığı pankarta görə mübahisə edən "Lion"un müdafiəçisi Marselo klubdan ayrılmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, bu barədə Fransa klubunun idman direktoru Juninyo məlumat verib. O, azarkeşlərin qəzəbinə tuş gələn futbolçunun komandadan gedəcəyini deyib: "Marselonun müqaviləsinin başa çatmasına 18 ay qalıb. Ötən mövsüm 11 oyun keçirmişdi. Bu mövsüm çox oyun ehtiyatda olsa da, problem yaratmayıb".

 

"Leyptsiq"lə matçda yerli azarkeşlərdən biri üzərində eşşək şəkli olan və “Marselo, klubu tərk et” yazılan pankart açmışdı. Marselo azarkeşə tərəf gedərək, ona orta barmağını göstərib. Həmin an komandanın hücumçusu Memfis Depay da azarkeş tərəfə getmişdi. Aranı digər futbolçular sakitləşdirmişdi.

 

"Lion" 32 yaşlı braziliyalı müdafiəçini 2017-ci ildə "Beşiktaş"dan transfer etmişdi.

Xəbər xətti