UEFA-dan "Qarabağ"a 51 min 920 avro

14:07 - 17 Dekabr 2019

2018/19-cu il mövsümündə Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştiraka görə UEFA-dan ayrılmış 85280.00 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.

 

Sportal.az xəbər verir ki, ən çox mükafat "Qarabağ"a ödənilib. Ağdam təmsilçisi büdcəsini 51 min 920 avro ilə zənginləşdirib.


 “Qarabağ” – 51920 avro
“Neftçi” – 11120 avro
“Qəbələ” – 11120 avro
“Keşlə” – 11120 avro
 
“Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda futbolun inkişaf fondundan klubun hesabına köçürüləcək.

 

Xəbər xətti