"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

15:15 - 17 Dekabr 2019

“Qarabağ” Azərbaycan kubokunda 90-cı qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, bu yubiley 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Qurban Qurbanovun yetirmələri ev matçında “Keşlə”ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan ağdamlılar 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.


“Qarabağ” Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.

Xəbər xətti