Millinin baş məşqçisi kim olmalıdır? - SORĞU

00:04 - 19 Dekabr 2019

Nikola Yurçeviçlə müqaviləni uzatmamağa qərar verən AFFA milli komandaya yeni baş məşqçi axtarır.

 

Baş məşqçi postuna namizədlərdən biri yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçkidir. Bosniya və Herseqovina millisindən ayrılan xorvatiyalı mütəxəssis yayılan xəbərləri təkzib etməyib.

 

Yerli mütəxəssislər isə milli komandaya azərbaycanlı məşqçinin daha faydalı olacağını düşünürlər. AFFA-nın əsas planı isə yığmanı əcnəbi mütəxəssisə həvalə etməkdir.

 

Sportal.az saytı oxucuların fikrini öyrənmək üçün səsvermə keçirir. Nəticə 1 gün sonra elan olunacaq.

 

 

 

 

Xəbər xətti