Baş məşqçidən Ramil Şeydayevə mesaj

00:42 - 18 Dekabr 2019

Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Dinamo" klubunun baş məşqçisi Kirill Novikov ehtiyatda qalan futbolçulardan danışıb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı rusiyalı mütəxəssis həmin oyunçularla söhbət etdiyini bildirib:

 

"Uşaqların hamısı meydanda baş verənlərə uyğun davranırlar. Mənim mövqeyim sadədir: əgər futbolçu yaxşı məşq edir və oynayırsa, deməli, start heyətə layiqdir. Mütəmadi ünsiyyət sayəsində futbolçular vəziyyəti anlayır və buna sakit reaksiya verirlər. Onlara başa salıram ki, hamı öz şansını gözləməli, bundan öncə isə məşqdə çox çalışmalıdır. Hamısının oynamaq istəməsi əladır. Amma start heyətdə cəmi 11 yer var. Eyni zamanda, heç kimə təminat da verilmir. Az oynayanlar məşq və yoldaşlıq matçları vasitəsilə əsas heyətə yol tapmalıdırlar".

 

Ramil Şeydayev də Moskva təmsilçisinin oyunlarında ehtiyatda qalan futbolçulardandır. 23 yaşlı hücumçu bu mövsüm Premyer Liqada meydana çıxdığı 8 oyunda qol vurmayıb.

Xəbər xətti