Azərbaycan millisinin üzvündən evlilik təklifi

11:39 - 18 Dekabr 2019

Almaniyanın III Bundesliqa klubu "Proysen"də oynayan Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov sevgilisi Lauraya evlilik təklif edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard bu barədə "Instagram" hesabında paylaşıb. O, sevgilisindən "hə" cavabı aldığını qeyd edib.

 

Dadaşov "Bild"ə açıqlamasında anasının 50 illik yubileyində sevgilisinə evlilik təklif etdiyini deyib:

 

"Lauranın heç nədən xəbəri yox idi. Nahardan sonra onu gəzməyə apardım. Qayıdanda isə artıq ev bəzənmişdi. Hava şarları asılmışdı, nişan üzüyü və bir buket gül hazır idi. Laura sevinc gözyaşları içərisində mənə "hə" dedi".

 

Xəbər xətti