Mirça Luçesku Braziliya klubunu çalışdıra bilər

12:12 - 18 Dekabr 2019

Rumıniyalı məşqçi Mirça Luçesku Braziliyanın "Santos" klubunu çalışdıra bilər.

 

Sportal.az gsp.ro saytına istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis təklif aldığını, amma qərar vermədiyini deyib: "Santos"dan ciddi təklif aldım. Qərar verməmişəm, amma yeni ildən sonra dəqiqləşəcək. Maraqlı layihədir. Evimdən çox uzaqdır, amma bu təklif məni qürurlandırır. Yol çox uzaqdır, həyat yoldaşım da məmnun deyil. Yeganə problem məsafədir".

 

Luçeskunun son iş yeri Türkiyə millisi olub.

Xəbər xətti