Eddi İsrafilov rəqibi başla vurduğu üçün cəzalandırıldı

10:42 - 19 Dekabr 2019

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Sequnda təmsilçisi "Albasete"də çıxış edən Azərbaycan millisinin üzvü Eddi İsrafilovu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, çempionatın 20-ci turunda “Rayo Valyekano” ilə görüşün 45+4-cü dəqiqəsində rəqibi başla vurduğu üçün qırmızı vərəqə alan futbolçu 2 oyun komandasına kömək etməyəcək.

 

Sözügedən oyun "Rayo Valyekano" azarkeşlərinin rəqib futbolçu Roman Zozulyanı təhqir etməsinə görə yarımçıq qalmışdı.

Xəbər xətti