BATE baş məşqçisi ilə yolları ayırdı

17:04 - 19 Dekabr 2019

Belarusun BATE klubu baş məşqçisi Aleksey Baqa ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə başa çatan müqavilə uzadılmayıb

 

Borisovlular ölkə çempionu olmadığı üçün belə qərar qəbul edib. BATE ardıcıl 13 mövsüm Belarus çempionu olmuşdu. Bu mövsüm qalib adını Minsk "Dinamo"su qazanıb.

 

Gənc mütəxəssis 2011-ci ildən BATE-də çalışırdı. O, 2018-ci ildə komandanın baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti