Dilənçilər "Zirə"nin futbolçusunu qarət etdi: "Qarşımda diz çöküb pul istədilər"

22:38 - 19 Dekabr 2019

“Zirə”nin futbolçusu Mfo Kqasvaneni Bakının Səbail rayonunda dilənçilər qarət edib. Onun cibindən 500 dollar və 15 manat pul oğurlanıb.

 

Sportal.az xəbər verir ki, "qafqazinfo"ya açıqlama verən botsvanalı futbolçu hadisə barədə danışıb: “Belə bir hadisə baş verib. Mənə yaxınlaşıb qarşımda diz çökdülər və pul istədilər. Sonra necə oldusa, pul qabımı oğurlayıblar. Bundan heç xəbərim də olmayıb. Polisə şikayət etmişik, amma oğrular hələ tapılmayıb”.

 

Faktla bağlı 9-cu Polis Bölməsi araşdırmalara başlanılıb.

Xəbər xətti