Aleksandr Səmədov agentliyə başladı

11:08 - 20 Dekabr 2019

Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov agentliyə başlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan əsilli veteran yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında bu barədə məlumat verib. Səmədov bir neçə müştərisinin olduğunu bildirib: "Hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq və irəli getmək lazımdır. Statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq".

 

“Spartak”ın yetirməsi Moskvanın “Lokomotiv”, “Dinamo” klublarında da çıxış edib. O, karyerasını ötən mövsüm “Krılya Sovetov”da başa vurub vurub. Səmədov Rusiya millisində 53 oyun keçirib və 7 qol vurub.

Xəbər xətti