"Sabah"ın ilk rəqibi müəyyənləşdi

15:48 - 20 Dekabr 2019

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ilk rəqib müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qəsəbə klubu toplanış çərçivəsində keçirəcəyi ilk yoxlama oyununda Macarıstanın “Pakş” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 11-də baş tutacaq.

 

“Sabah” Türkiyənin Antalya vilayətinin Belek bölgəsində keçirəcəyi təlim-məşq toplanışında 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Digər rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Xəbər xətti