"Qarabağ"ın 30-cu səfər qələbəsi

10:57 - 21 Dekabr 2019

“Qarabağ” Azərbaycan kubokunda 30-cu səfər qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu 1/4 final mərhələsinin cavab oyununda “Keşlə”yə qalib gəlib – 3:1. 1993-cü ildən ölkə kubokunda çıxış edən əyalət klubu rəqib meydanındakı 65-ci görüşdə yubiley qələbəsini bayram edib.


“Qarabağ” yarışın tarixində rəqib meydanında ən çox qalib gələn ikinci komandadır. Ağdamlılar yalnız “Neftçi”dən geri qalır. Paytaxt təmsilçisi səfərdə 38 dəfə qalib gəlib.

 

“Qarabağ” kubokdakı ilk səfər qələbəsini 1993-cü il mövsümünün 1/32 finalında qazanıb. Ağdam klubu Şəkinin “Gənclik” komandasına 2:0 hesabı ilə qalib gəlib.

 

Mehman Əşrəfov

Xəbər xətti