Levandovski əməliyyat ediləcək

13:13 - 21 Dekabr 2019

"Bayern"in hücumçusu Robert Levandovski əməliyyat olunacaq.

 

Sportal.az xəbər verir ki, polşalı hücumçu Bundesliqasının turunda 17-ci turunda "Volfsburq"a qarşı oyundan sonra əməliyyat ediləcək. Qasıqdan əməliyyat olunacaq futbolçunu 2 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

 

Levandovski bu mövsüm 24 oyuna 30 qol vurub.

Xəbər xətti