Kamal Mirzəyev oynadı, komandası zirvəyə yüksəldi

00:22 - 22 Dekabr 2019

Küveyt Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" səfərdə "Əl-Küveyt"i 2:1 hesabı ilə məğlub edib.

 

Ötən matçlarda olduğu kimi Kamal bu dəfə də parlaq oyun nümayiş etdirib və komandasının qələbəsində önəmli pay sahibi olub.

 

25 yaşlı futbolçu bu mövsüm 1 qol vurub, 1 assist edib.

 

"Əl-Salmiyə" 17 xalla 10 komanda arasında 1-ci yerdə qərarlaşıb.

 

Mehman Əşrəfov

Xəbər xətti