Robert Prosineçkinin əvəzinə Duşan Bayeviç

14:32 - 22 Dekabr 2019

Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yığmanın baş məşqçi postu yerli mütəxəssis Duşan Bayeviçə tapşırılıb. Federasiya 71 yaşlı çalışdırıcını yanvarda ictimaiyyətə təqdim edəcəyini bəyan edib.

 

Duşan Bayeviç bu postda Robert Prosineçkini əvəz edib. Xorvatiyalı mütəxəssisin yenidən Azərbaycan millisinin baş məşqçisi təyin ediləcəyi ehtimalları var.

Xəbər xətti