"Qalatasaray" Əmrə Moru göndərir

15:26 - 22 Dekabr 2019

"Qalatasaray" İspaniyanın "Selta" klubundan icarəyə götürdüyü Əmrə Mordan narazıdır.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı vingeri geri qaytarmağı düşünür.

 

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da 16 oyunda qol və assistlə yadda qalmayıb. Klub rəhbərliyi gənc oyunçunun müqaviləsini ləğv edib, Viqo təmsilçisinə qaytarmaq fikrindədir.

 

"Qalatasaray" Əmrə Moru yayda 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü.

Xəbər xətti