Renat kubok oyununda lazım olmadı

11:11 - 23 Dekabr 2019

Portuqaliya liqa kubokunda qrup mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” qrup lideri “Braqa”nı qəbul edib və uduzub - 1:4.

 

“Pasuş de Ferreyra” bu nəticədən sonra mübarizəni dayandırıb.

 

Renatın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər xətti