Eltun Turabovun komandası 1 qolla qalib gəldi

11:17 - 23 Dekabr 2019

Albaniya Super Liqasında 17-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Eltun Turabovun çıxış etdiyi “Biliş” evdə “Luftetari”yə qalib gəlib – 1:0.

 

Zədəli olan Eltun matçda iştirak etməyib.

 

“Biliş” 17 turdan sonra 30 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb. Komanda lider "Kukesi"dən 1 xal geri qalır.

Xəbər xətti