Salah, Mane, yoxsa Mahrez?

13:01 - 23 Dekabr 2019

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bunlar seneqallı Sadio Mane, misirli Məhəmməd Salah (hər ikisi “Liverpul”) və əlcəzairli Riyad Mahrezdir (“Mançester Siti”).

 

Qalib yanvarın 7-də Misirin Xurqad şəhərində keçiriləcək mərasimdə açıqlanacaq.

 

Son iki ildə Afrikanın ən yaxşı futbolçusu adına Məhəmməd Salah layiq görülüb.

Xəbər xətti