"Qarabağ"ın qış hazırlıq planı - rəqiblər də bəllidi

15:01 - 24 Dekabr 2019

“Qarabağ”ın qış təlim-məşq toplanış planı məlum olub. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Sportal.az xəbər verir ki, ağdamlılar yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək. Komanda gələn ayın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında ağdamlılar 4 yoxlama oyunu keçirəcək. Ölkə çempionu yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-da "Qarabağ" Bakıya dönərək fevralın 2-də baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.

Xəbər xətti