Sxadadzeni üzən xəbər - UEFA-dan 2 illik cəza

15:45 - 24 Dekabr 2019

UEFA Qazaxıstanın "Ordabasi" klubunu cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, qurum maliyyə qaydalarına əməl etməyən klubu 2020/2021 və 2021/2022 mövsümündə avrokuboklarda iştirak etməsinə qadağa qoyub. Bundan əlavə, klub 100 min avro cərimə edilib.

 

"Ordabasi" borcları ödədiyini sübut etsə, cəza aradan qalxacaq.

 

"Ordabasi"nı 2009-2015-ci illərdə "İnter"in (hazırkı "Keşlə) baş məşqçisi olmuş Kaxaber Sxadadze çalışdırır.

Xəbər xətti