"Sabah"ın ikinci rəqibi bilindi

17:08 - 24 Dekabr 2019

“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqib də müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi toplanış çərçivəsində keçirəcəyi matçda Rumıniyanın “Akademika Klinçeni” komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq.

 

"Sabah" ilk oyununu yanvarın 11-də Macarıstanın “Pakş” komandasına qarşı keçirəcək.

 

 

Xəbər xətti