İnyesta Yaponiyadan Argentinaya köçür?

00:41 - 25 Dekabr 2019

Argentinanın "Estudiantes" klubunun prezidenti Xuan Sebastian Veron Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyestanı transfer etmək istədiklərini deyib.

 

Sportal.az xəbər verir ki, Argentina millisinin sabiq yarımmüdafiəçisi bu transfer üçün addım atdıqlarını deyib:

 

"İnyestanın transferi üçün bəzi addımlar atdıq. Bunu bacara biləcəyimizi hələ bilmirəm, amma bunun üçün çalışırıq. O, bizə gəlməsə də, böyük futbolçudur".

 

İspaniya millisinin üzvü 2018-ci ildən "Vissel Kobe"də çıxış edir. 35 yaşlı futbolçunun Yaponiya klubu ilə 1 illik müqaviləsi qalıb.

 

"Estudiantes"i İnyestanın "Barselona"dakı sabiq komanda yoldaşı Qabriel Milito çalışdırır. Onun digər keçmiş komanda üzvü Xavyer Maskerano da bu klubun üzvüdür.

Xəbər xətti