2019-cü ilin bombardiri

12:34 - 26 Dekabr 2019

"Bavariya"nın və Polşa millisinin futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub.

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu ilin əvvəlindən klub və yığma səviyyəsində 59 matçda 59 qol vurub.

İkinci yerdə "Barselona" və Argentina millisinin forvardı Lionel Messi qərarlaşıb. O, 58 matçda 50 dəfə fərqlənib. İlk "3-lüy"ü PSJ-nin fransalı qolçusu Kilian Mbappe qapayıb. O, 49 qarşılaşmada rəqib qapılarına 44 dəfə yol tapıb.

Xəbər xətti