Lorenso Frutos: "Bakı dünyanın bir nömrəli şəhəridir"

13:06 - 26 Dekabr 2019

“Keşlə”nin paraqvaylı hücumçusu Lorenso Frutos ölkəsinin mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, ölkəmizdə üzləşdiyi çətinliklərdən danışıb: “Burada rəqəmsal platformada məhdudiyyətlər olduğu üçün sevdiyim seriallara baxmaq çətindir. İngilis dilində danışa bilirəm. Amma Azərbaycanda bununla yanaşı yerli dildə danışmaq, bir çox gündəlik məsələlərdə ingilis dilinin oldunu demək çox çətindir. Məsələn, bir dəfə yoqurt almaq istədim, ancaq mənə südlü qaymaq verdilər. Çünki etiketin üzərində nə yazıldığını başa düşməmişdim”.

Tito Bakıda başqa dinlərə hörmətlə yanaşıldığını vurğulayıb: “Paltardəyişmə otağında oyunçular çox rəsmi olurlar. Bir neçə oyunçu müsəlmandı və gündə 5 dəfə namaz qılmaq kimi adətlərə sahibdirər. Lakin xarici mədəniyyətə hörmət üçün yaxşı bir çərçivə var. Məsələn, heyətdə mənimlə birlikdə Cənubi Amerikadan daha 2 futbolçu - Sezar Meza Kolli və Franko Flores çıxış edir. Biz oyunlardan əvvəl atmosferi canlandırmaq üçün rəqs edirik. Bəzən baş məşqçimiz musiqinin səsinin artırılmasını istəyir”.

Lorenso Bakının gözəl şəhər olduğunu qeyd edib: “Bakı dünyanın bir nömrəli şəhəridi. Küçələrdə rahat gəzə bilirsən, cinayət halları olmur, küçələr olduqca gözəldi, binaları isə dünyanın nömrə biri hesab olunur. Oynadığımız stadion müasir infrastruktura malikdi. Dediyim kimi fərqli mədəniyyətə sahib olsalar da, onlarda az qala hər şeyin tamamilə Avropadakı kimi olduğunu görə bilərsiniz”.

Forvard bu mövsüm Azərbaycan Premyer Liqasında şanslarını qiymətləndirib: “Hazırda 3-cü yerdəyik. Avropa Liqasına vəsiqə qazanmaq üçün bu pilləni qorumaq lazımdı. Əlbəttə ki, çempionat haqqında düşünürük. İkinci dövrə başlayacaq və hədəfimiz həmişə kubokdu".

Xəbər xətti