"Sabah" ayrılığı açıqladı

13:52 - 26 Dekabr 2019

“Sabah” Rocer Roxasla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Roxas bu ilin avqust ayından paytaxt təmsilçisinin uğurları üçün çalışırdı. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.

Xəbər xətti