Kənan Karaman: "Azərbaycan bizim ikinci evimiz kimidir"

14:36 - 26 Dekabr 2019

Türkiyə millisinin futbolçusu Kənan Karaman AÇ-2020 ilə bağlı “Anadolu Agentliyi”nə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Almaniyanın “Fortuna” klubunun formasını geyinən 25 yaşlı hücumçu 2 oyunu Bakı Olimpiya Stadionunda keçirməyi özləri üçün üstünlük hesab etdiyini vurğulayıb:

 

“Yaxşı qrupa düşmüşük. Açılış matçını oynamağımız da gözəl bir şeydir. Bütün turnirlərdə yaxşı çıxış edən İtaliya ilə qarşılaşacağıq. Amma açılış matçında hər şey ola bilər. Digər rəqiblərimiz də güclüdür, hamısına hörmətlə yanaşmaq lazımdır. Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir. Ora bizim ikinci evimiz kimidir. Çoxlu sayda azarkeşimiz olacaq. Bu, bizə əlavə motivasiya verə bilər. Ona görə də qrupu çox pozitiv görürəm”.

 

İiyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

 

AÇ-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı Olimpiya stadionunda qarşılaşacaqlar.

Xəbər xətti