"Beşiktaş" Burak Yılmazla müqavilə imzaladı

10:26 - 27 Dekabr 2019

"Beşiktaş" hücumçusu Burak Yılmazın müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı forvardla 2021-ci ilin yayına qədər saziş imzalanıb. Türkiyə millisinin üzvünün müqaviləsi mövsümün sonunda başa çatırdı.

 

Ötən il "Beşiktaş"a qayıdan təcrübəli hücumçu 26 oyuna 16 qol vurub, 3 assist edib.

Xəbər xətti