"Neftçi" yetirməsini geri qaytardı

13:15 - 27 Dekabr 2019

"Neftçi” yetirməsi İbrahim Əliyevi komandaya qaytarıb. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb. Əliyev "ağ-qaralar"da 55 nömrəli formanı geyinəcək.

"Neftçi”nin müxtəlif yaş qruplarından başqa əsas və əvəzedici komandalarında oynamış İbrahim Əliyev indiyədək "Qarabağ” və "Sumqayıt”da da çıxış edib.

Xəbər xətti