Falkao "Qalatasaray"ı "River Pleyt"ə dəyişir?

16:03 - 27 Dekabr 2019

Yayda "Qalatasaray"a böyük ümidlərlə keçən Radamel Falkao üçün yeni iddia yayılıb.

 

Sportal.az "Don Balon"a istinadən xəbər verir ki, kolumbiyalı forvard qış fasiləsində İstanbul klubunu tərk edə bilər. 33 yaşlı hücumçu ilə "Rivert Pleyt" maraqlanır. Argentina təmsilçisi keçmiş futbolçusunu qaytarmaq üçün hərəkətə keçib. Xəbərdə Falkaonun ayrılığa müsbət yanaşdığı qeyd edilib.

 

Təcrübəli futbolçunun "sarı-qırmızılar"la müqaviləsi 2022-ci ildə bitəcək. Falkao 2005-2009-cu illərdə "River Pleyt"də oynayıb.

Xəbər xətti