"Qalatasaray"dan La Liqa klubuna keçə bilər

17:48 - 27 Dekabr 2019

"Qalatasaray"ın yolları ayırmaq istədiyi Rayan Babel karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu mövsüm La Liqada zəif nəticələr göstərən "Selta" Niderland millisinin üzvünü transfer etmək istəyir. Viqo təmsilçisi 33 yaşlı vingerin transferi üçün rəsmi təklif yollamağa hazırlaşır.

 

Babel 2016/17 mövsümündə La Liqanın digər təmsilçisi "Deportivo"da oynayıb. Təcrübəli futbolçu yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib.

Xəbər xətti