Vidal "Barselona"nı şikayət etdi

17:41 - 28 Dekabr 2019

Arturo Vidal "Barselona"nı La Liqa rəhbərliyinə şikayət edib.

 

Sportal.az xəbər verir ki, çilili futbolçu kataloniyalıların keçən mövsümdən ona olan borcunu ödəmədiyi üçün belə addım atıb. 32 yaşlı futbolçu klubun ona bonuslarla birlikdə 2,4 milyon avro borclu olduğunu iddia edir.

 

Son günlər Vidalın adı "İnter" və "Yuventus"la yanaşı çəkilir. "Barselona" ilə 2021-ci ilədək müqaviləsi olan futbolçunun qış fasiləsində İtaliya klublarından birinə keçəcəyi gözlənilir.

Xəbər xətti