Prosineçki Super Liqa klubu ilə anlaşdı

20:54 - 29 Dekabr 2019

Bosniya və Herseqovina yığmasından ayrılan Robert Prosineçki Türkiyədə çalışacaq.

 

Sportal.az "Futbol Arena"ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis “Kayserispor”la razılaşıb. Xorvatiyalı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələcəyi bildirilir.

 

Prosineçki 2012-2013-cü illərdə də "Kayserispor"un baş məşqçisi olub.

 

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. Onun Nikola Yurçeviçin gedişindən sonra yığmaya qayıdacağı gözlənilirdi.

Xəbər xətti