Kuarejma Braziliya klubuna keçə bilər

11:47 - 30 Dekabr 2019

Portuqaliya millisinin üzvü Rikardo Kuarejma Türkiyənin "Kasımpaşa" klubundan ayrıla bilər.

 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə Braziliyanın "Santos" klubu maraqlanır. Komandanın baş məşqçisi Xesualdo Ferreyra "Portu"da rəhbərliyi altında oynamış təcrübəli oyunçunun transferini rəhbərlikdən istəyib. "Kasımpaşa"nın Kuarejmanın getmək istəməsinə problem yaratmayacağı qeyd edilib.

 

Kuarejma yayda "Beşiktaş"dan "Kasımpaşa"ya keçib.

Xəbər xətti