"Atletiko" axtardığı hücumçunu Bundesliqada tapdı

13:03 - 30 Dekabr 2019

Qış transfer dönəmində yeni hücumçu alacağı gözlənilən "Atletiko" "Borussiya"nın futbolçusu Pako Alkaserlə maraqlanır.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi bu keçidi 30 milyon avroya həll etməyi planlaşdırır.

 

Transferin növbəti günlərdə həll olacağı ehtimal edilir.

 

26 yaşlı forvard bu mövsüm 15 oyuna 7 qol vurub. İspaniya millisinin üzvü daha öncə La Liqada "Valensiya", "Xetafe" və "Barselona"da oynayıb.

Xəbər xətti