Ünal Karaman Bəxtiyar Vahabzadənin sözləri ilə vidalaşdı

00:34 - 31 Dekabr 2019

"Trabzonspor"la yolları ayıran Ünal Karaman vida mesajı yazıb.

 

Sportal.az xəbər verir ki, o vida sözlərində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə yer verib:

 

"Şam əgər yanmırsa, yaşamır demək,

Onun yaşamağı yanmağındadır..."

 

Karaman 2018-ci ildən Qara dəniz təmsilçisini çalışdırırdı. "Bordo-maviliər" Super Liqada 17 turdan sonra 32 xalla turnir cədvəlində 3-cüdür.

Xəbər xətti