Azərbaycan millisinin rəqibi yeni baş məşqçisini açıqladı

11:36 - 31 Dekabr 2019

Malta millisinin yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra Devis Manca çalışdıracaq. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 45 yaşlı çalışdırıcı bu vəzifədə Ray Farrucanı əvəzləyib.

 

Malta yığması martın 30-da Azərbaycanla yoxlama görüşü keçirəcək.

Xəbər xətti