Super Liqa klubu xorvatiyalı baş məşqçini göndərdi

12:09 - 31 Dekabr 2019

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Antalyaspor" xorvatiyalı çalışdırıcı Styepan Tomasla yollarını ayırıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Tomas noyabrda baş məşqçi təyin edilmişdi. "Antalyaspor" onun rəhbərliyi altında keçirdiyi 6 oyunda qalib gəlməyib.

Xəbər xətti