Türkiyəli futbolçu İspaniya klubuna keçir

15:15 - 31 Dekabr 2019

İspaniya Sequndasında mübarizə aparan "Deportivo" keçmiş futbolçusu Əmrə Çolakı transfer etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu yaxın günlərdə La Korunya şəhərinə tibbi müayinədən keçmək üçün yollanacaq.

 

Səudiyyə Ərəbistanının "Əl-Vəhda" klubundan ayrılan türkiyəli futbolçu 2016-2018-ci illərdə "Deportivo"da oynayıb.

Xəbər xətti